Azərbaycanda son sutkada COVID-19 əleyhinə 606 peyvənd vurulub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 606 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 148, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 201, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 228, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı isə 29 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 902 789, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 387 156, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 869 884, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 383 273, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı 262 476 təşkil edir.