Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 308 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 300, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 305, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 409, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 294 nəfərdir.