Koronavirusa qarşı neçə nəfər peyvəndlənib?

Xəbərlər

27.09.2022 - 17:39

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 017 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 324, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 156, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 458, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 79 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 887 596, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 380 903, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 867 097, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 378 072, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 261 524 nəfər təşkil edir.

Müəllif: Ayna.az