Koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

Xəbərlər

08.12.2021 - 18:39

Həkimlər Klinikalar SEO Xidməti

Həmin şəxs yaşadığı ünvana geri qaytarılıb

Şamaxıda polis əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, koronavirus infeksiyasına yoluxan Güntəkin Hümmətovun ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq o, özünə məxsus avtomobillə rayon ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxs yaşadığı ünvana geri qaytarılıb.

G.Hümmətov barəsində Şamaxı Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş