Koronavirus pasportu olmayan 9 nəfər şənliyə buraxılmayıb

Xəbərlər

04.01.2022 - 09:53

Həkimlər Klinikalar SEO Xidməti

Ümumilikdə 108 toy şənliyinin monitorinqini həyata keçirilib

Ötən gün 9 nəfər koronavirus pasportu olmadığına görə şənliyə buraxılmayıb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Yanvarın 3-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 108 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 100 şadlıq sarayında, 8 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 9 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş