Koronavirus insan ömrünü 2 il azaldıb

Dünya

23.12.2021 - 05:47

Həkimlər Klinikalar SEO Xidməti

COVID-19 infarkt və xərçəngdən sonra ən böyük ölüm səbəbidir

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) statistikasına əsasən, 2019-cu illə müqayisədə, 2020-ci ildə gözlənilən ömür uzunluğu 1,8 il azalıb.

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, azalma son 75 ildən artıq müddətdə ən böyük birillik azalmadır.

Kişilər üçün orta ömür uzunluğu 2,1 il azalaraq, 74,2 yaşa, qadınlarda isə 1,5 il azalaraq, 79,9 yaşa düşüb.

COVID-19 epidemiyasının ölkədə infarkt və xərçəngdən sonra ən böyük ölüm səbəbi olduğu bildirilib. Həmçinin, ümumi əhali arasında ölüm nisbətlərinin keçən il 16,8% artaraq, 100 mində 835,4-ə bərabər olduğu açıqlanıb.

ABŞ-da COVID-19 məlumatlarını analiz edən Con Hopkins Universitetinin qeydlərinə görə, ölkədə virusa yoluxanların sayı 51 milyonu, ölənlərin sayı isə 810 mini keçib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş