Konstitusiya Məhkəməsindən İlham Əliyevin qalibiyyəti ilə bağlı QƏRAR

Xəbərlər

13.02.2024 - 13:30

Məhkəmə bildirib ki, İlham Heydər oğlu Əliyev Azərbaycan Prezidenti seçilmiş elan edilsin

Azərbaycan Konstitusiya Məhkəməsi 2024-cü ilin 7 fevralında keçirilən növbədənkənar prezident seçkisinin nəticələrini elan edib. AYNA xəbər verir ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə araşdırmaları dinlənildikdən sonra prezident seçkisinin nəticələrinin təsdiq və rəsmən elan olunmasına dair Qərarı oxuyub.

Qərara əsasən, 2024-cü ilin fevralın 7-də keçirilmiş növbədənkənar prezidenti seçkisinə dair Mərkəzi Seçki Komissiyasının yekun protokolunda əks olunmuş nəticələr təsdiq edilib.

Konstitusiya Məhkəməsi bildirib ki, Azərbaycan Respublikasının Prezidentliyinə namizəd İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilsin.

Qərar elan olunduğu andan qüvvəyə minir.

Konstitusiya Məhkəməsinin Qərarı qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Bildirək ki, Mərkəzi Seçki Komissiyanın müəyyən etdiyi nəticələrə görə, İlham Heydər oğlu Əliyev seçkidə iştirak etmiş seçicilərin 92,12 faizinin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Növbədənkənar prezident seçkisində seçici fəallığı 76,43 faiz olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş