Kolumbiyada polis bölməsi yaxınlığında partlayış olub

Dünya

23.09.2023 - 12:18

Partlayış nəticəaində ölən və yaralananlar var

Kolumbiyada polis bölməsi yaxınlığındakı avtombilə bomba quraşdırılıb. AYNA xəbər verir ki, bu barədə Prezident Qustavo Petro “X” hesabında paylaşım edib.

Camundi şəhərinin Potrerito rayonunda baş verən terror hücumu bir nəfər ölüb, 11-i yaralanıb.

Prezident Qustavo Petro sosial media hesabında etdiyi paylaşımda hücumu pisləyib, cinayəti törədənlərin tezliklə cəzalanacağını bildirib.

Hücuma görə məsuliyyəti regionda nüfuzu olan keçmiş Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin (FARC) üzvləri daşıyır.

Müəllif: Ayna.az