Kolumbiya ABŞ-dan deportasiya edilən miqrantları qəbul etməyə razıdır

Dünya

27.01.2025 - 10:52

Həkimlər Klinikalar SEO Xidməti

Kolumbiya hökuməti Donald Trampın irəli sürdüyü bütün şərtlərlə razılaşıb

Kolumbiya hökuməti Amerika tərəfinin deportasiya etdiyi miqrantların qeyd-şərtsiz qəbulu üçün ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü bütün şərtlərlə razılaşıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumatda deyilir: “Kolumbiya hökuməti ABŞ-dan repatriasiya edilmiş bütün kolumbiyalı qeyri-qanuni miqrantların, o cümlədən ABŞ hərbi təyyarələrinin məhdudiyyətsiz qəbul edilməsi də daxil olmaqla, Prezident Donald Trampın bütün şərtləri ilə razılaşıb”.

Eyni zamanda, məmurlar üçün viza məhdudiyyətləri və Kolumbiya vətəndaşları və bu ölkədən gələn yüklər üzərində sərhəd nəzarətinin artırılması, repatriasiya edilmiş miqrantların birinci qrupunu qəbul edənə qədər qüvvədə qalacaq.

Bəyanatda qeyd edilib ki, Kolumbiyanın hakimiyyət orqanları miqrantların qəbulu ilə bağlı sazişin şərtlərini yerinə yetirməsə, ticarət rüsumları və sanksiyaların tətbiqi layihəsi imzalanacaq.

Bazar günü Kolumbiya Prezidenti Qustavo Petro kolumbiyalı miqrantları daşıyan ABŞ hərbi təyyarələrinin ölkəyə enişini qadağan edib. Buna cavab olaraq Tramp bildirib ki, Vaşinqton Kolumbiyaya qarşı viza və maliyyə sanksiyaları, habelə Kolumbiya mallarına 25% ticarət rüsumları tətbiq edəcək. Amerika lideri bir həftə ərzində tariflərin 50%-ə qədər artacağını bildirərək, bunun “yalnız başlanğıc” olduğunu bildirib.

Respublikaçı siyasətçi dəfələrlə immiqrasiya siyasətinin sərtləşdirilməsi və qeyri-qanuni mühacirlərin məcburi deportasiyasının lehinə çıxış edib.

Petro administrasiyası bildirib ki, Kolumbiya həmvətənlərinin deportasiyası məsələsində ABŞ ilə fəal danışıqlar aparır və onların geri qayıtması üçün təyyarə hazırlayır. Bununla yanaşı, Petro bəyan edib ki, ölkəsi ABŞ-dan gələn mallara 25% məbləğində cavab rüsumları tətbiq edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş