Kolleclərə qəbul üçün ərizəsini təsdiqlədənlərin sayı açıqlanıb

Xəbərlər

21.04.2022 - 11:03

Həkimlər Klinikalar SEO Xidməti

30 mindən çox abituriyent ərizəsini təsdiqlədib

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) AYNA-ya verilən məlumata görə, ərizələr aprelin 25-i saat 23:59-dək qəbul olunacaq. Aprelin 21-i saat 09:30-a olan məlumata görə, 30 min 23 (Azərbaycan bölməsi -29 min 195; rus bölməsi - 828) abituriyent ərizəsini təsdiq edib.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və parolu ilə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər.

Sənəd qəbulu haqqında elanın tam mətni Mərkəzin saytında yerləşdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş