Kobaxidze: “Gürcüstanda növbədənkənar parlament seçkiləri keçirilməyəcək”

Dünya

24.01.2025 - 17:38

Həkimlər Klinikalar SEO Xidməti

“Hər kəsə xatırlatmaq istəyirəm ki, Gürcüstanda növbəti parlament seçkiləri 2028-ci ilin oktyabrında keçiriləcək”

Gürcüstanda müxalifətin etirazları fonunda növbədənkənar parlament seçkilərinin keçirilməsi istisna edilib. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Siz bilirsiniz ki, müxalifət nə tələb edir: ilk növbədə növbədənkənar seçkilər. Hər kəsə xatırlatmaq istəyirəm ki, Gürcüstanda növbəti parlament seçkiləri 2028-ci ilin oktyabrında keçiriləcək”.

Gürcüstanın Nazirlər Kabinetinin rəhbəri hər kəsə qeyd etdiyi tarixdə seçkilərə hazırlaşmağı tövsiyə edib. Kobaxidzenin sözlərinə görə, Gürcüstanda müxalifət 2025-ci ilin payızında keçiriləcək yerli seçkilərdə “bəxtini sınaya bilər”.

Müəllif: Ayna.az