Klinikada antibiotik vurulan şəxs ölüb

Xəbərlər

02.11.2023 - 16:57

cedabet dərman SEO Xidməti

Baş Prokurorluq araşdırma aparır

Sumqayıtda özəl klinikalardan birində ölüm faktı baş verib. AYNA APA-ya istinadən verir ki, 1986-cı il təvəllüdlü Elbrus Hörmət oğlu Hüseynov Sumqayıtdakı "Doktor AZ" klinikasında antibiotik iynəsi vurulduqdan sonra ölüb.

Klinikadan faktı təsdiqləyiblər. Bildirilib ki, xəstəyə antibiotik probu qoyulub və bu zaman anafilaktik şok halı baş verib. Vəziyyəti ağırlaşan E.Hüseynov orada ölüb.

Prokurorluq antibiotik vurulan şəxsin ölümü faktını araşdırır. Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş