Klaar: “İlham Əliyev Aİ çərçivəsində nizamlanma formatına sadiqdir”

Xəbərlər

28.11.2022 - 17:20

cedabet dərman SEO Xidməti

“Azərbaycan və Ermənistana təmkin və güclü siyasi iradə lazımdır”

“Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan münasibətlərinin Avropa İttifaqı (Aİ) tərəfindən dəstəklənən nizamlanma formatına sadiq olduğunu bildirdi”. AYNA xəbər verir ki, bu sözləri Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ötən həftənin sonunda Azərbaycana səfərinin yekunlarına dair “Twitter”dəki yazısında bildirib.

“Ötən həftənin sonunda Azərbaycana səfərin nəticələrinə dair bir neçə fikir: Azərbaycan Prezidentinin Aİ-nin dəstəklədiyi formata sadiqliyi mühümdür. Hələ həll olunmamış məsələlər var və gərginliyi azaltmaq və hərtərəfli nizamlanmaya nail olmaq üçün Azərbaycan və Ermənistana təmkin və güclü siyasi iradə lazımdır”, - Klaar qeyd edib.

Xatırladaq ki, noyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev Toivo Klaarı qəbul edib. Görüşdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, iki ölkə arasında sülh sazişi üzrə danışıqlar prosesi, sərhədlərin delimitasiyası üzrə Brüssel görüşünün nəticələri ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş