Kiyevdə zərər görmüş binaların təmiri neçəyə başa gələcək?

Dünya

10.05.2022 - 20:46

Ukrayna paytaxtında ümumilikdə 390 binaya ziyan dəyib

Kiyevdə binalara dəyən ziyanın aradan qaldırılması 70 milyon avroya başa gələcək. AYNA xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko "Telegram"da bildirib. 

O deyib ki, Rusiyanın hərbi təcavüzü nəticəsində Ukrayna paytaxtında ümumilikdə 390 binaya ziyan dəyib: “Onlardan 222-si çoxmənzilli yaşayış binalardır. Biz artıq 20 evi müəyyənləşdirmişik, orada ilkin olaraq bərpa işlərinə başlanmalıdır ki, insanlar tezliklə evlərinə qayıtsınlar. Şəhərin atəşə tutulması və bombalanması nəticəsində 30-u məktəbəqədər təhsil müəssisəsi olmaqla, 75 təhsil müəssisəsinə ziyan dəyib. 17 səhiyyə müəssisəsi, 11 mədəniyyət obyekti zərər görüb”.

Müəllif: Ayna.az