4 mülki şəxs həlak olub, 1 nəfər yaralanıb
Ukraynanın paytaxtı Kiyevdə partlayış səsləri eşidilib. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə paytaxt meri Vitali Kliçko bildirib.
Qeyd edib ki, partlayış səsləri Kiyevin Podolski rayonunda eşidilib: " Podolski rayonunda bir neçə partlayış baş verib. Verilən məlumata görə, hadisə yaşayış evlərinin və ticarət mərkəzlərinin olduğu ərazidə baş verib. Xilasedicilər, həkimlər və polis artıq hadisə yerindədir”, - deyə mer söyləyib.
Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Kiyev şəhəri üzrə Baş İdarəsinin məlumatında qeyd edilib ki, Kiyevin Podolsk rayonunda ticarət mərkəzi atəşə tutulub. Nəticədə 4 mülki şəxs həlak olub, 1 nəfər yaralanıb.
Hadisə yerinə 11 yanğınsöndürmə texnikası və 63 canlı qüvvə cəlb olunub.