Kiyev Şimali Koreya əsgərlərini Pxenyana təhvil verməyə hazırdır

Dünya

14.01.2025 - 11:54

Həkimlər Klinikalar SEO Xidməti

Kreml Zelenskinin təklifini şərh etməkdən imtina edib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyadakı ukraynalı hərbi əsirlərin müqabilində Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əsir götürdüyü iki Şimali Koreya əsgərini Pxenyana təhvil verməyə hazır olduğunu açıqlayıb. AYNA xəbər verir ki, Kreml bu təklifi şərh etməkdən imtina edib.

Ukrayna hakimiyyəti elan edib ki, Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşən iki Şimali Koreya əsgəri Ukraynada əsirdir. Bazar günü Zelenski sorğu-sualın videosunu və Şimali Koreya əsgərlərinin fotolarını yayıb.

“İlk əsir götürülən Şimali Koreya əsgərlərindən başqa, şübhəsiz ki, başqaları da olacaq. Bizim uşaqların daha çox əsir ələ keçirə bilməsi an məsələsidir”, - Zelenski bildirib.

“Ukrayna əsgərləri Kim Çen Ina təhvil verməyə hazırdır. Əgər o, Rusiyada əsir saxlanılan əsgərlərimizlə onların dəyişdirilməsini təşkil edə bilərsə”, - Ukrayna lideri əlavə edib.

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Zelenskinin bəyanatını şərh etməkdən imtina edib: “Orada nəyin doğru olduğunu, kimin kimə nə təklif etdiyini bilmirik. Mümkün mübadilələrin müzakirəsi prosesini davam etdiririk. Biz bunda maraqlıyıq. Proses asan deyil. Amma əsirlikdə olan hər bir əsgərimizin həyatı bizim üçün önəmlidir”.

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) yanvarın 9-da əsir götürülən iki Şimali Koreya vətəndaşının Kiyevdə olduğunu və müalicə aldığını bildirib. Onlar yalnız Koreya dilində danışırlar və tərcüməçilərin köməyi ilə dindirilirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş