Metroda qatarların hərəkəti dayandırılıb
Kiyev metrosunda qatarların hərəkəti dayandırılıb. AYNA xəbər verir ki, məlumatı Ukrayna paytaxtının meri Vitali Kliçko öz “Telegram” kanalında təsdiqləyib.
"Metro sığınacaq rejiminə keçib. Daşıma aparılmayacaq", - deyə mer bildirib.
Kliçko həmçinin Kiyev əhalisini evdə və ya sığınacaqlarda qalmağa, çölə çıxmamağa və şəhərə getməməyə çağırıb.