Kirbi: "Qərb əks-hücum üçün bütün silahları Ukraynaya təhvil verib"

Dünya

03.06.2023 - 01:19

Con Kirbi"Biz əlimizdən gələni etdiyimizə əminik"

Qərb tam əmindir ki, Ukraynaya əks-hücum üçün lazım olan bütün silahları verib. AYNA APA-ya istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Nə vaxt başlamaq onlardan asılıdır. Biz əlimizdən gələni etdiyimizə əminik. "Biz” deyəndə təkcə ABŞ-ı nəzərdə tutmuram. Həm də müttəfiqlərimiz və tərəfdaşlarımız deyirəm", - deyə Kirbi bildirib.

O əlavə edib ki, Qərb Rusiya Federasiyasının məhv etdiyi və istifadə etdiyi silahların müqabilində yaxın aylarda Ukraynanı silah və sursatla təmin etməyə hazırdır.

"Ukraynaya yenidən təchizat verməlidir. Biz bu ilin sonuna qədər Ukraynanı yaxın aylarda əməliyyatlar üçün lazım olacaq imkanlar, sistemlər, silahlar, artilleriya və sursatlarla təmin etməyə hazırıq", - deyə Kirbi bildirib.

Milli Təhlükəsizlik Xidmətinin nümayəndəsi vurğulayıb ki, gələcəkdə hava hücumundan müdafiə sistemləri Qərbdən Ukraynaya hərbi tədarükün prioriteti olaraq qalacaq.

Müəllif: Ayna.az