Mənzillər 1 və 2 otaqlı olmaqla, aylıq ödənişləri 376 manatdan başlayır
İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yeni, tam təmirli daha 171 mənzili vətəndaşlara təqdim edir.
Fonddan AYNA-ya verilən məlumata görə, mənzillər 1 və 2 otaqlı olmaqla, aylıq ödənişləri 376 manatdan başlayır.
Yeni mənzillər Elektron İpoteka və Kredit Zəmanət Sistemi (EİKZS) üzərindən seçim üçün 30 oktyabr 2023-cü ildən etibarən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 4100-ə yaxın vətəndaşla kirayə müqaviləsi bağlanılıb.