Kinematoqrafçılar İttifaqının qanunsuz parklanma yeri sökülüb

Xəbərlər

07.06.2022 - 15:11

Həkimlər Klinikalar SEO Xidməti

BŞİH: Təqsirkarların müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır

Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı müvafiq araşdırmalara başlanılıb. AYNA xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) məlumat yayıb. 

Bildirilib ki, sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılıb.

“Qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb. Dövlət başçısının tapşırığına uyğun olaraq, dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb. Həmçinin təqsirkarların müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır”, - məlumatda qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş