İndiyədək on minlərlə insan evlərini tərk edib
Keniyada daşqın nəticəsində 70 nəfər ölüb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Keniya prezidenti Villiam Ruto açıqlama yayıb.
O, ölkədə fəlakətin yaratdığı dağıntılar səbəbilə fövqəladə vəziyyət elan edildiyini deyib:
"İndiyədək on minlərlə insan evlərini tərk edib. Ökənin bir çox bölgələrində yollar dağılıb. Təbii fəlakətin yaratdığı dağıntıların aradan qaldırılması üçün 15 milyon dollarlıq büdcə ayrılıb".
Digər tərəfdən, qonşu ölkə Somalidə də 96 nəfərin həyatına son qoyan daşqınlardan sonra ölkədə fövqəladə vəziyyət elan edilib.