Keniyada daşqında azı 13 nəfər ölüb

Dünya

13.04.2024 - 15:49

Yağış mövsümü may ayının sonunadək yağacaq

Keniyada daşqında azı 13 nəfər ölüb, 15 min nəfər təxliyə olunub. AYNA xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.

Güclü yağışların yaratdığı təbii fəlakət həmçinin infrastrukturun zədələnməsinə, yolların su altında qalmasına, mal-qaranın tələf olmasına səbəb olub.

Keniyada martın ikinci yarısında başlayan uzun sürən yağış mövsümü may ayının sonunadək yağacaq. Keniya Meteorologiya Departamentinin məlumatına görə, leysan aprelin 15-dək ölkənin əksər hissəsində davam edəcək.

Müəllif: Ayna.az