Kəlbəcərdə yük maşını aşıb, sürücü ölüb

Hadisə

02.03.2024 - 20:50

Nəticədə sürücü hadisə yerində ölüb

Kəlbəcərdə ölümlə nəticələn ağır yol qəzası baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə hadisə rayonun Nadirxanlı kəndində qeydə alınıb.

Sabirabad rayonu sakini, 2000-ci il təvəllüdlü Böyükağa Ağayevin idarə etdiyi yük avtomobili hərəkətdə olan zaman aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az