Kəlbəcərdə saxlanılan erməni diversantla bağlı yeni DETALLAR

Xəbərlər

16.08.2023 - 16:08

cedabet dərman SEO Xidməti

Voskanyan 44 günlük müharibədə Azərbaycana qarşı döyüşüb

Avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində saxlanılan üzvünün şəxsiyyəti müəyyən edilir. Ayna XƏBƏR VERİR Kİ, Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ilkin araşdırmalara görə 1983-cü il təvəllüdlü Voskanyan Qaqik Aşotoviç olduğu ehtimal edilir.

Saxlanılan zaman onun üzərində bir ədəd RPK pulemyotu, döyüş sursatı və hərbi təchizat aşkar edilib. İlkin ifadələrində Q.Voskanyan 44 günlük müharibədə iştirakını etiraf edib.

Qeyd edək ki, yüngül yaralanmış erməni diversanta hərbi həkimlərimiz tərəfindən ilkin tibbi yardım göstərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş