Kəlbəcərdə itkin düşmüş hərbi qullquçular barədə nazirlikdən açıqlama

Xəbərlər

31.01.2022 - 11:53

Həkimlər Klinikalar SEO Xidməti

Üç hərbçimiz artıq təxliyə edilib

Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azan hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlunun axtarışı aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam edir. Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, keçirilmiş axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında tapılmış digər üç hərbçimiz artıq helikopterlə təxliyə edilərək Bakı şəhərində yerləşən hərbi hospitala yerləşdirilib.

"Hərbi qulluqçularımızın müalicəsi ixtisaslaşdırılmış həkimlərin nəzarəti altında davam edir və onların səhhətində həyati təhlükə yoxdur", - deyə nazirlikdən bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş