Kəlbəcərdə əl qumbaraları tapılıb

Xəbərlər

28.03.2024 - 15:34

14 ədəd “F-1” əl qumbarası və partlayıcı başlıqlar aşkar olunub

Kəlbəcər rayonunda əl qumbaraları tapılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Qozlu kəndi ərazisindən 14 ədəd “F-1” əl qumbarası və partlayıcı başlıqlar aşkar olunub. Partlayıcı sursat təhlükəsizlik məqsədilə ərazidən götürülüb.

Müəllif: Ayna.az