Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub - RƏSMİ

Xəbərlər

08.01.2022 - 16:30

Həkimlər Klinikalar SEO Xidməti

Şəxsi heyət və texnikamızda itki yoxdur

Yanvarın 8-də saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə,  bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnikamızda itki yoxdur.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş