Artur Xaçatryan: "İşsizlik səviyyəsinə görə birinci yerdəyiksə, onda necə deyə bilərik ki..."
"Dünya Bankının məlumatına görə, keçmiş SSRİ respublikaları arasında Ermənistan işsizlik səviyyəsinə görə birinci yerdədir. Ölkə üzrə bu göstərici 20,21 faizə çatıb".
AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Parlamentinin deputatı Artur Xaçatryan deyib.
Deputatın sözlərinə görə, işsizliyə görə ikinci yerdə Gürcüstandır: "Ancaq Gürcüstanda da bu göstərici 12,05 faizdir. Əgər biz işsizlik səviyyəsinə görə birinci yerdəyiksə, onda necə deyə bilərik ki, ölkəmizdə iqtisadi vəziyyət kifayət qədər məqbuldur?".
Xaçatryan qeyd edib ki, bu, "iqtisadiyyatda misli görünməmiş uğurlar"da israrlı olan mövcud iqtidar nümayəndələrinin bəyanatlarına ziddir.