Kanadada parlament seçkiləri keçiriləcək

Dünya

28.04.2025 - 11:32

Həkimlər Klinikalar SEO Xidməti

İcmalar Palatasında üzvlərin sayı 338-dən 343-ə qaldırılıb

Bu gün kanadalılar Kanada Parlamentinin aşağı palatasının üzvlərini seçəcəklər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, İcmalar Palatasında üzvlərin sayı 338-dən 343-ə qaldırılıb.

Kanadada altı saat qurşağı olduğu üçün seçki məntəqələri müxtəlif vaxtlarda açılacaq. Məsələn, Ottavada vətəndaşlar yerli vaxtla səhər saat 9:30-dan, Vankuverdə isə səhər saat 7:00-dan başlayaraq səs verə biləcəklər.

İlk nəticələrin Atlantik Kanadada seçki məntəqələri bağlandıqdan az sonra, saat 20:30-dan sonra açıqlanacağı gözlənilir.

Kanadada keçirilən seçkilərdə 7 milyondan çox insan erkən səs verib. Bu rəqəm 2021-ci ildə əvvəlcədən səs verən seçicilərin sayından təxminən 25% çoxdur.

Seçkilərdə əsas mübarizə dörd partiya arasında olacaq: Liberal Partiya, Mühafizəkarlar Partiyası, Yeni Demokratik Partiya və “Quebécois” bloku. Kanada mediası qeyd edir ki, bu dörd partiyadan yalnız liberallar və mühafizəkarların 172 yerin çoxluğunu qazanmaq şansı var.

Son seçkiqabağı sorğulara görə, Liberal Partiyası təxminən 42%, Mühafizəkarlar Partiyası 39% səs toplaya bilər. Çoxluğu qazanan partiyanın lideri ölkənin Baş naziri olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş