Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Dünya

23.02.2024 - 21:21

Sanksiya tətbiq edilən şəxslər arasında İqor Levitinin də adı var

Kanada Rusiyanın 10 fiziki və 153 hüquqi şəxsinə sanksiya tətbiq edib.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sanksiya tətbiq edilən şəxslər arasında Rusiya Prezidentinin köməkçisi İqor Levitinin də adı var.

Məlumata görə, S.V.İlyuşin adına Aviasiya Kompleksinə də sanksiya tətbiq edilib.

Müəllif: Ayna.az