Kabildə polis məntəqəsi qarşısında partlayış

Dünya

20.04.2022 - 16:07

Həkimlər Klinikalar SEO Xidməti

Hələlik heç bir qruplaşma hücumun məsuliyyətini üzərinə götürməyib

Bu gün Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib. AYNA xarici mediaya istinadən bildirir ki, partlayış paytaxtın ikinci təhlükəsizlik rayonunda yerləşən polis məntəqəsi yaxınlığında törədilib. 

Şahidlərin sözlərinə görə, orada minalanmış avtomobil partladılıb. Hadisə nəticəsində xəsarət alanlar və həlak olanlar barədə məlumat verilmir.

Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hücumun məsuliyyətini üzərinə götürməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş