Jurnalist Zülfüqar Hüseynzadə vəfat edib

Xəbərlər

18.06.2023 - 11:45

cedabet dərman SEO Xidməti

52 yaşlı baş redaktor Kəlbəcərdə dünyasını dəyişib

"Moderator" saytının rəhbəri, jurnalist Zülfüqar Hüseynzadə vəfat edib. AYNA xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Əslən Kəlbəcərin Başlıbel kəndindən olan jurnalist doğma yurduna ziyarətə gedibmiş. Gecəni kənddə alaçıqda keçirdən jurnalistin səhər saatlarına yaxın səhhəti qəfil pisləşib. Z.Hüseynzadə ürəktutmadan dünyasını dəyişib.

Qeyd edək ki, Z.Hüseynzadənin 52 yaşı vardı.

Allah rəhmət etsin!

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş