"Hazırda o, xəstəxanada müalicəsini davam etdirir"
"Güzəran" Sosial Araşdırmalar İctimai Birliyinin rəhbəri, jurnalist Qadir İbrahimlinin səhhətində problem yaranıb. AYNA xəbər verir ki, bu barədə sosial şəbəkələrdə onun həmkarları məlumat yayıb.
Bildirilib ki, jurnalist mayın 18-də Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib: "Hazırda o, xəstəxanada müalicəsini davam etdirir".