Jurnalist Baydenə istehza etdi: “Səksən yaş zarafat deyil”

Dünya

17.07.2022 - 14:02

Həkimlər Klinikalar SEO Xidməti

Morrou: “Bayden vaxtının əhəmiyyətli hissəsini dostları ilə tibbi məsələləri müzakirə etməyə həsr edəcək”

ABŞ-ın “The Wall Street Journal” nəşrinin köşə yazarı Lens Morrou məqalə dərc edərək, ABŞ Prezidenti Co Baydenin ikinci müddətə Prezident seçilmək niyyətini mənfi qiymətləndirib. AYNA xarici mediaya istinadən bildirir ki, jurnalist məqaləsində Baydenə qarşıdan gələn 80 illik yubileyini xatırladıb və onun səhhətinin pisləşəcəyini proqnozlaşdırıb.

Morrounun sözlərinə görə, Baydenin qocalması sağlamlıq problemlərinin artmasını şərtləndirəcək.

Jurnalist istehza ilə qeyd edib ki, 80 yaşında Bayden vaxtının əhəmiyyətli hissəsini dostları ilə tibbi məsələləri müzakirə etməyə həsr edəcək.

“Səksən yaş zarafat deyil. Təqviminiz həkim ziyarətləri ilə həddən artıq yüklənəcək. Dostlarla şam yeməyinin ilk yarım saatı tibbi məsələlərə həsr olunacaq", - köşə yazarı vurğulayıb.

Jurnalist onu da qeyd edib ki, Bayden imicini əsrarəngiz ləyaqətə malik yaşlı dövlət xadimi obrazına çevirməli idi.

Morrou Baydenə ikinci müddətə prezidentliyə namizəd olmaq fikrindən əl çəkməyi tövsiyə edib: “Mən sizin yerinizdə olsaydım... namizədliyimi irəli sürməzdim”, – jurnalist yekunlaşdırdı.

Qeyd edək ki, Co Bayden keçmiş dövlət başçısı Barak Obamaya 2024-cü ildə ikinci müddətə namizəd olmaq planlarından danışıb. Mümkün ikinci prezidentlik müddətinin əvvəlində onun 82 yaşı olacaq.

Məlumatlara görə, Demokrat Paryiyanın seçicilərinin əksəriyyəti Baydenin növbəti prezidentlik müddəti üçün namizədliyini irəli sürmək niyyətinə qarşıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş