İvan Safronov 22 il müddətinə azadlıqdan məhrum edilib

Dünya

05.09.2022 - 18:54

Həkimlər Klinikalar SEO Xidməti

"Roskosmos" rəhbərinin sabiq müşaviri cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək

Moskva Şəhər Məhkəməsi "Roskosmos" rəhbərinin sabiq müşaviri İvan Safronovu dövlətə xəyanətdə təqsirli bilərək 22 il müddətinə azadlıqdan məhrum edib. AYNA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hökmə əsasən, Safronov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. 

Agentlik qeyd edir ki, Safronova verilən müddət dövlətə xəyanətlə bağlı məhkəmə təcrübəsində ən ağır cəzadır.

O, həmçinin 500 min rubl məbləğndə cərimələnib.

Məhkəmə Safronovu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi (“dövlətə xəyanət”) ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilib. Prokuror məhkəmədən Safronovun xarici kəşfiyyat xidmətinin nümayəndələrinə gizli məlumatları ötürdüyünə görə, 24 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş