İtaliyada ötən 24 saatda koronavirus qurbanlarının sayı 194 nəfər artaraq 160 min 103-ə çatıb.
AYNA Səhiyyə Nazirliyinin məlumatına əsasən xəbər verir ki, son sutka ərzində ölkədə 88 min 173 nəfər COVID-19 infeksiyasına yoluxub. İtaliyada koronavirusa yoluxanların sayı ümumilikdə 14 milyon 966 min 58-ə yüksəlib.
Hazırda reanimasiya şöbəsində olanların sayı 471, aktiv COVID-19 xəstələrinin sayı isə 1 milyon 274 min 388 nəfərdir.
İtaliyada pandemiya dövründə 13 milyon 531 min 567 nəfər virusdan sağalıb.