İtaliya vahid Avropa ordusunun yaradılmasına çağırış etdi

Dünya

08.01.2024 - 00:55

cedabet dərman SEO Xidməti

İtaliyanın XİN başçısı: “Sülhün qorunması və effektiv xarici siyasət üçün Aİ-nin vahid silahlı qüvvələrinə ehtiyac var”

Avropa İttifaqı (Aİ) güclü, vahid Avropa ordusu yaratmalıdır. AYNA xəbər verir ki, bu çağırışla İtaliyanın xarici işlər naziri Antonio Tajani “La Stampa” nəşrinə müsahibəsində çıxış edib.

Tajani vurğulayıb ki, sülhün qorunması və effektiv xarici siyasət üçün Aİ-nin vahid silahlı qüvvələrinə ehtiyac var.

“ABŞ, Çin, Hindistan, Rusiya kimi ağır çəkililərin olduğu, Yaxın Şərq və Hind-Sakit Okean regionunda yaşanan böhranlı bir dünyada İtaliya, Almaniya, Fransa və ya Sloveniya vətəndaşlarını yalnız Aİ-nin ordusu müdafiə edə bilər”, - diplomat bildirib.

Xarici işlər naziri əlavə edib ki, vahid Avropa ordusu hücum üçün deyil, Aİ-yə üzv ölkələrin qoşunlarını cilovlamaq və koordinasiya etmək üçün lazımdır.

Bundan əvvəl Çexiya prezidenti Petr Pavel bildirib ki, Rusiya Aİ üçün əsas təhlükə olaraq qalır və Avropa orduları yüksək intensivlikli münaqişəyə hazırlaşır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş