İsveçrədə torpaq sürüşməsi və daşqın nəticəsində iki nəfər ölüb

Dünya

01.07.2024 - 01:41

Həkimlər Klinikalar SEO Xidməti

Güclü yağışın davam etməsi xilasetmə işlərini çətinləşdirir

İsveçrənin cənubunda, Tiçino kantonunda güclü yağışlar, torpaq sürüşməsi və daşqınlar nəticəsində iki nəfər ölüb, bir nəfər itkin düşüb.

AYNA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunur ki, regionda körpünün uçması bəzi vadilərə girişi kəsib, Maqqiya və Vispa çaylarının daşmasından sonra A9 magisrtal yolunun bir hissəsi bağlanıb. Bəzi dağ yolları, o cümlədən ölkənin şimalı ilə cənubunu birləşdirən Sen-Qotard aşırımı müvəqqəti bağlanıb, qatarların hərəkəti də dayandırılıb.

Təbii fəlakətlə bağlı artıq İsveçrə ordusunun bölmələri əraziyə cəlb edilib, lakin güclü yağışın davam etməsi xilasetmə işlərini çətinləşdirir. Prezident Viola Amherd sakinləri ayıq olmağa və rəsmi göstərişlərə əməl etməyə çağırıb.

Müəllif: Ayna.az