İsveçdən iddia: Rusiyanın Baltik dənizində casus gəmiləri var

Dünya

23.04.2024 - 15:40

“İsveç tərəfində Rusiya gəmilərinin radiokəşfiyyat üçün istifadə oluna biləcəyini təsdiq edən sənədlər var”

Rusiyanın Baltik dənizində casusluq üçün kölgə donanması var. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İsveç Hərbi Dəniz Qüvvələrinin rəhbəri, kontr-admiral Eva Skooq Haslum deyib.

Onun sözlərinə görə, İsveç tərəfində Rusiya gəmilərinin radiokəşfiyyat üçün istifadə oluna biləcəyini təsdiq edən sənədlər var: “Məsələn, biz adətən balıqçı gəmilərində olmayan antena və dirəklər tapırıq. Ona görə də aydındır ki, onların bəzən fəaliyyətləri üçün başqa məqsədləri var.

Bundan əvvəl Skooq Haslum Rusiyanı GPS-in Baltik dənizinə müdaxiləsində günahlandırıb və NATO-nu müdaxiləyə çağırıb. Haslum əlavə edib ki, aviasiya və gəmiçiliyə müdaxilə regional iqtisadiyyata ziyan vurur.

Müəllif: Ayna.az