Hadisə nəticəsində 2 nəfər yaralanıb
İsveçin Malmo şəhərində ticarət mərkəzində atışma baş verib.
AYNA-nın “Figaro”ya istinadla xəbərinə görə, şəxsiyyəti hələ ki təsdiq edilməyən şəxs mərkəzdə insanlara odlu silahdan atəş açıb.
Hadisə nəticəsində 2 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.