İsveç və İran əsirləri dəyişdiriblər

Dünya

16.06.2024 - 14:16

Həkimlər Klinikalar SEO Xidməti

Mübadilə prosesi Omanın paytaxtı Maskatda baş tutub

İsveçlə məhbus mübadiləsi nəticəsində İran iki İsveç vətəndaşını, o cümlədən Avropa İttifaqının (Aİ) xarici siyasət rəsmisi Yohan Floderusu azad edib. AYNA xarici mediaya istinadən bildirir ki, mübadilə prosesi şənbə günü, iyunun 15-də Omanın paytaxtı Maskatda baş tutub.

“Aİ həmkarı, İsveç vətəndaşı Yohan Floderus və onun həmyerlisi Səid Əzizinin azadlığa buraxılması xəbərini alqışlayırıq. İsveç və Oman hakimiyyətlərinə təşəkkür edirik. Digər Aİ vətəndaşları hələ də İrandadır, həbs olunublar. Biz Aİ ölkələrinin nümayəndələri ilə birlikdə onların azadlığa buraxılması üçün danışıqları davam etdirəcəyik”, - Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell yazıb.

Yohan Floderusla birlikdə İran tərəfindən azad edilən Səid Əzizinin İsveç və İran vətəndaşlığı var.

Bu barədə İsveçin “Aftonbladet” internet nəşri məlumat yayıb

33 yaşlı Yohan Floderus İranda 790 gün həbsdə olub. Nəşr dəqiqləşdirir ki, o, Əzizi ilə artıq İsveçə uçub.

Oman İsveç və İran arasında məhbus mübadiləsinin təşkilində vasitəçi kimi çıxış edib.

Müəllif: Ayna.az