AFAD məlumat yayıb
Dünən Mərmərə dənizinin İstanbul sahillərinə yaxın ərazisində baş verən 6,2 bal gücündəki zəlzələdən sonra 266 afterşok qeydə alınıb. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat verilib.
Qeyd olunub ki, bu gün yerli vaxtla saat 09:00-a qədər 0-4 bal arasında 258, 4-5 bal arasında 7-5 və daha yuxarı gücdə 1 təkan olmaqla, ümumilikdə 266 afterşok qeydə alınıb.