İstanbulda Rusiya ilə ABŞ arasında danışıqların ikinci raundu başlayıb

Dünya

10.04.2025 - 12:24

Həkimlər Klinikalar SEO Xidməti

Görüş Rusiya Baş Konsulluğunun binasında keçirilir

Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqların ikinci mərhələsi İstanbulda yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 11:00 – red.) başlayıb. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, görüş Rusiya Baş Konsulluğunun binasında keçirilir.

Məsləhətləşmələrdə Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev, Amerika nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter rəhbərlik edir.

Əvvəlki Rusiya-Amerika məsləhətləşmələri fevralın 27-də İstanbulda ABŞ baş konsulunun iqamətgahında baş tutub və altı saatdan çox davam edib. Rusiya Xarici İşlər Nazirliyinin görüşün yekunlarına dair bəyanatında qeyd edilib ki,  “müzakirələr mənalı və işgüzar olub”. Nazirlikdən əlavə edilib ki, “bu kanal vasitəsilə dialoqun davam etdirilməsi razılaşdırılıb”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş