İsrailin XİN başçısı Azərbaycana səfər edəcək

Xəbərlər

29.03.2023 - 13:26

Eli Kohen gələn ay Azərbaycana səfər edəcək

İsrailin xarici işlər naziri Eli Kohen gələn ay Azərbaycana səfər edəcək. AYNA xəbər verir ki, bu barədə nazir Eli Kohen azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.

“Böyük nümayəndə heyəti ilə Azərbaycana səfər edəcək və münasibətlərimizin müxtəlif sahələrdə inkişafı ilə bağlı müzakirələr aparacağıq”, - nazir bildirib.

Müəllif: Ayna.az