Yaşayış binalarına və məscidlərə endirilən zərbələr nəticəsində 230-dan çox insan yaralanıb
İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının cənubunda, Misirlə sərhəd yaxınlığındakı Rəfah şəhərinə endirdiyi kütləvi aviazərbələr nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb. AYNA bildirir ki, bu barədə Beyrutun “Al Mayadeen” telekanalı məlumat yayıb.
Rafahda yaşayış binalarına və məscidlərə endirilən aviazərbələr nəticəsində 230-dan çox insan yaralanıb. Telekanal həmçinin xəbər verir ki, partlayış zamanı ölən və yaralananların əksəriyyəti qadın və uşaqlardır.
Qeyd edək ki, bu gün İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Rəfah şəhərinin Əl-Şəbura məhəlləsindəki hədəflərə zərbələr endirib.