İsrail vətəndaşlarını Ukraynadan çıxarır

Dünya

19.02.2022 - 22:20

Həkimlər Klinikalar SEO Xidməti

İsrail: "Münaqişə gözləniləndən tez alovlana və ağır nəticələrə səbəb ola bilər"

İsrail öz vətəndaşlarını Ukraynanı mümkün qədər tez tərk etməyə çağırıb.

AYNA-nın xəbərinə görə, İsrailin Xarici İşlər Nazirliyi ölkədə münaqişənin alovlanması ehtimalına görə bu addımı atıb.

Bu gün XİN-də keçirilən müşavirə və Münhen konfransının iştirakçıları ilə məsləhətləşmədən sonra İsrail bir daha vətəndaşlarını Ukraynadan çıxmağa çağırıb.

"Münaqişə gözləniləndən tez alovlana və ağır nəticələrə səbəb ola bilər”, – deyə İsrailin xarici siyasət idarəsi bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş