“Gəmi hazırda Malta sahillərində beynəlxalq sularda lövbər salıb”
Qəzza sahillərində Azadlıq Donanmasına məxsus yardım gəmisi İsrailə məxsus pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb. AYNA.AZ xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, PUA zərbəsi gəmidə yanğına səbəb olub.
Telekanal xəbər verib ki, ekipaj qəza siqnalı göndərib və buna Kipr Hərbi Dəniz Qüvvələri cavab verib.
“Gəmi hazırda Malta sahillərində beynəlxalq sularda lövbər salıb”, - deyə qeyd olunub.
Qeyd edək ki, 2024-cü ildə bir neçə ölkədən olan sülh fəalları tərəfindən yaradılan Azadlıq Donanması fələstinlilərə humanitar yardım çatdırmaq üçün gəmidən istifadə edir.