İsrail ilk dəfə olaraq Rafah əməliyyatının konkret tarixini açıqlayıb
ABŞ BMT Təhlükəsizlik Şurasının İsrail və HƏMAS arasında müharibədə müvəqqəti atəşkəs tələb edən alternativ qətnamə layihəsini təklif edib. AYNA “Reuters”ə istinadən xəbər verir ki, dünən axşam saatlarında dərc olunan layihəyə əsasən, Birləşmiş Ştatlar Qəzza zolağının cənubundakı Rəfah şəhəri yaxınlığında İsrailin qarşıdan gələn iri quru hücumuna qarşıdır.
İsrailin müdafiə naziri Benni Qantz xəbərdarlıq edib ki, HƏMAS Qəzzada olan bütün girovları azad etməsə, İsrail martın 10-da Rəfaha hücuma keçəcək.
BBC qeyd edir ki, İsrail ilk dəfə olaraq Rafah əməliyyatının konkret tarixini açıqlayıb.
Qeyd edək ki, hazırda bir milyon yarım fələstinli bu şəhərdə müvəqqəti sığınacaq tapıb.
Misir hakimiyyəti yerli sakinlərin Misirə soxulmaq cəhdlərindən ehtiyat edərək, Fələstin anklavı ilə sərhəddə təcili olaraq əlavə gücləndirilmiş səddlər çəkir.
Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu bazar ertəsi axşam deyib ki, İsrail İordaniyanın qərbindəki bütün ərazilər, o cümlədən İordan çayının qərb sahili və Qəzza zolağı üzərində tam təhlükəsizlik nəzarətini saxlayacaq. Netanyahunun sözlərinə görə, bu mövqeyə İsrail və HƏMAS arasında hazırkı müharibənin nəticəsi təsir etməyəcək.