Fələstinlilər yanvarın 19-da üç israilli girovun müqabilində azad edilib
İsrail radikal HƏMAS hərəkatı ilə Qəzza zolağında saxlanılan girovların azad edilməsi və atəşkəsin tətbiqi ilə bağlı razılaşma çərçivəsində 90 fələstinli məhbusu azad edib. AYNA xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti məlumat yayıb.
İsrail Həbsxanalar Xidmətinin məlumatına görə, fələstinli məhbuslar yanvarın 19-da üç israilli girovun müqabilində azad edilib.
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi daha əvvəl girovların azad olunduğunu təsdiqləyib. Qəzza zolağında 470 gün saxlanılan qadınların adları Romi Qonen (24), Emili Damari (28) və Doron Steinbreçer (31) olub. Onlar İsrail hərbçiləri tərəfindən qarşılanıb və İsrail ərazisinə aparılıb.