İspaniya Slovakiyaya hərbçilər yerləşdirib

Dünya

01.07.2024 - 17:37

Həkimlər Klinikalar SEO Xidməti

“NATO-nun səyləri ilə birlikdə İspaniyanın Alyansın şərq cinahında iştirakı eksponent olaraq artıb”

İspaniya NATO-nun Rusiyaya qarşı səyləri çərçivəsində Slovakiyaya əsgər yerləşdirib. AYNA xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

“NATO-nun səyləri ilə birlikdə İspaniyanın Alyansın şərq cinahında iştirakı eksponent olaraq artıb. Son addım 780-dən çox əsgərdən ibarət kontingentinin Slovakiyaya göndərilməsidir”, - materialda deyilir.

Qeyd olunub ki, Madridin yaratdığı “çoxmillətli batalyon”a Portuqaliya, Çexiya, Slovakiya və Sloveniya hərbçiləri daxildir.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa Əməkdaşlıq Departamentinin direktor vəzifəsini icra edən İqor Kapırin bildirmişdi ki, NATO-ya üzv ölkələr Rusiyadan qaynaqlandığı iddia edilən təhlükə bəhanəsi ilə hərbi qüdrətlərini artırırlar.

Müəllif: Ayna.az

Marqara

Dünən, 22:18 Xəbərlər